Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Turkustan.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, telefon danışığı zamanı Türkiyə-Rusiya ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində səylərin vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti Rusiya ilə Ukrayna arasında birbaşa təmasların qurulması istiqamətində səylərə Ankara tərəfindən hər zaman töhfə verməyə hazır olduğunu bildirib.
Telefon danışığı zamanı Ərdoğan Putini ad günü və rəhbərlik etdiyi partiyanın Rusiya Dövlət Dumasına keçirilən seçkilərdəki uğuru münasibətilə təbrik edib.
Aytən Yaşar/ Turkustan.az