Rubio: İran Hörmüz boğazına nəzarəti tamamilə itirib


ABŞ dövlət katibi Marko Rubio İranın Hörmüz boğazına nəzarəti tamamilə itirdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Rubio bunu Yunanıstanın paytaxtı Afinaya rəsmi səfəri çərçivəsində Yunanıstanın xarici işlər naziri Giorgos Ierapetritis ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında deyib.

ABŞ və Yunanıstan arasında uzunmüddətli dostluq, tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin olduğunu bildirən Rubio qeyd edib ki, bu tərəfdaşlığın əhəmiyyəti dünyada müşahidə olunan qeyri-sabitlik fonunda daha da artır.

“Əslində, bu tarixi müttəfiqliyin əhəmiyyəti bu gün dünyada İranla Hörmüz boğazı, Yəmənlə Qırmızı dəniz və ya Ukrayna ilə Rusiya arasındakı münaqişələr nəticəsində müşahidə etdiyimiz qeyri-sabitliklə daha da vurğulanır”, – deyə Rubio bildirib.

ABŞ dövlət katibi İranın heç vaxt nüvə silahına sahib olmayacağını da vurğulayıb.

“Prezident Donald Tramp vəzifədə olduğu müddətcə onlar nüvə silahına sahib ola bilməyəcəklər və bu, bizim üçün qırmızı xəttdir”, – Rubio qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ