Ərdoğan "CHP-nin qalası"nı içəridən fəth etdi - Foto


Ədalət və İnkişaf Partiyasının Konqres Mərkəzində yeni qanunvericilik ili iclası baş tutub. Tədbirdə şəxsən iştirak edən İzmir bələdiyyə sədri, CHP-li (Cümhuriyyət Xalq Partiyası) Cemil Tuqay Prezident Rəcəb Tayyib Ərdoğanın çıxışından sonra rəsmi şəkildə onun partiyasına daxil olub.

Turkustan.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bununla da İzmir tarixində ilk dəfə Ədalət və İnkişaf Partiyasının idarəçiliyinə keçmiş olub.

"Partiyamız yeni üzvlərin iştirakı ilə daha da böyüyür. Gecənin bir yarısı təhqirlərə hədəf olmaq istəməyənlər və öz şəhərlərinə rahatlıq içində xidmət göstərməyi arzulayanlar Ədalət və İnkişaf Partiyasını seçirlər. Partiyamıza qarşı artan rəğbətin əsas səbəbi məhz budur", - deyə Ərdoğan öz çıxışında qeyd edib.

Cemil Tuqayın yaxasına partiya nişanını Prezident Rəcəb Tayyib Ərdoğan taxıb.

Qeyd edək ki, İzmir Türkiyədə keçirilən seçkilərdə hər zaman CHP-nin qalib gəldiyi şəhər kimi tanınır və məhz bu baxımdan "CHP-nin qalası" adlandırılır./oxu.az

Ərdoğan CHP-nin qalasını içəridən fəth etdi - Foto

Ərdoğan CHP-nin qalasını içəridən fəth etdi - Foto


MANŞET XƏBƏRLƏRİ