ABŞ Prezidenti Donald Trampın oğlu Donald Tramp kiçik və həyat yoldaşı Bettina Tramp may ayında keçirilən toy şənliklərinin bir hissəsinin rusiyalı oliqarx Umar Kremlev tərəfindən maliyyələşdirildiyini təsdiqləyiblər.
Turkustan.az xəbər verir ki, cütlük sosial mediada yaydığı birgə bəyanatda Kremlevin Rusiya Prezidenti Vladimir Putinlə yaxın əlaqələrinin olduğunu və toy mərasimindən sonrakı iki gecəlik şənliyə ev sahibliyi etdiyini bildiriblər.
Donald Tramp kiçik və Bettina Tramp Kremlevin dəstəyini “fövqəladə dərəcədə səxavətli toy hədiyyəsi” kimi qiymətləndiriblər.
“Biz o zaman buna görə minnətdar idik və bu gün də minnətdarıq”, – deyə bəyanatda qeyd olunub.
Aytən Yaşar/ Turkustan.az