Bakıda 50 ildən çox yaşı olan park belə məhv olur - VİDEO


Bakıxanov qəsəbəsində yerləşən Gülüstan parkında yüzlərlə ağac quruyub, ərazi isə zibilliyə çevrilib.

Turkustan.az xəbər verir ki, ağacların qurumasının yanğın, qəsdən yandırılma, yoxsa başqa səbəblərlə bağlı olduğu hələlik məlum deyil.

İddialara görə, son vaxtlar ətrafdakı fərdi yaşayış evlərinin, çoxmənzilli binaların və restoranların kanalizasiya suları parkın ərazisinə axıdılır. Nəticədə burada dözülməz vəziyyət yaranıb.

Vurğulanıb ki, təxminən 50-60 yaşı olan parkda bu problem son aylarda müşahidə olunmağa başlayıb.

Ərazidə müxtəlif növ ağaclar quruyaraq məhv olur. Bəzi ağacların isə yanğın nəticəsində zədələndiyi və ya qəsdən yandırıldığı ehtimal edilir.

Ətraflı Baku TV-nin süjetində:


MANŞET XƏBƏRLƏRİ