Katz Fələstinə qarşı genişmiqyaslı hücumla hədələdi


İsrailin müdafiə naziri Yisrael Katz Fələstin Muxtariyyətinə qarşı tammiqyaslı hərbi əməliyyat keçirməklə hədələyib.

Turkustan.az xəbər verir ki, Katz işğal altındakı Qərb Sahilində, Nablus yaxınlığındakı Usarin bölgəsində Fələstin torpaqlarını ələ keçirən israilliyə qarşı törədilən bıçaqlı hücumla bağlı açıqlama verib.

Nazir bildirib ki, Fələstin Muxtariyyətinin təhlükəsizlik qüvvələri və ya onlarla əlaqəli qrupların 2023-cü il oktyabrın 7-də İsrailə qarşı həyata keçirilən hücuma bənzər bir hücuma hazırlaşdığı və ya belə bir hücum təşkil etdiyi müəyyənləşərsə, İsrail ordusuna Qərb Sahilində tammiqyaslı hərbi əməliyyata hazırlaşmaq tapşırılıb.

Katz həmçinin Fələstin Muxtariyyətinin rəhbərliyinə və bölgədəki silahlı qruplara qarşı sərt tədbirlərin görülə biləcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ