ABŞ-da dəhşətli təyyarə qəzası: 5 nəfər öldü


ABŞ-ın Florida ştatında Amazon şirkətinə məxsus Boeing 767 yük təyyarəsinin Mayami Beynəlxalq Hava Limanına eniş zamanı uçuş-enmə zolağından çıxaraq qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

Turkustan.az xəbər verir ki, Mayami-Deyd dairəsinin şerifi Rozi Kordero-Stutz mətbuat konfransında qəzanın yerli vaxtla saat 13:58-də baş verdiyini bildirib.

Onun sözlərinə görə, qəza nəticəsində 5 nəfər ölüb, daha 5 nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib. Yaralananların əksəriyyətinin pilot olduğu bildirilib.

Məlumata görə, təyyarə qəza zamanı yolda hərəkətdə olan bir neçə nəqliyyat vasitəsi ilə də toqquşub.

Hakimiyyət orqanları ölən və yaralananların kimliyini açıqlamayıb. Qəzanın səbəbləri ilə bağlı araşdırma davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ