Misir və Pakistan xarici işlər nazirləri ABŞ və İranı danışıqlara qayıtmağa və hərtərəfli razılaşma əldə etməyə çağırıblar.
Turkustan.az xəbər verir ki, Misirin xarici işlər naziri Bədr Əbdüləti və Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar telefon danışığı zamanı regional məsələləri və gərginliyin azaldılması yollarını müzakirə ediblər.
Nazirlər ABŞ və İran arasında 18 iyun 2026-cı ildə imzalanmış İslamabad Anlaşma Memorandumunun icrasının bərpa edilməsinin vacibliyini vurğulayıblar. Onlar regional təhlükəsizlik və sabitliyi gücləndirəcək, münaqişənin daha geniş ərazilərə yayılmasının qarşısını alacaq davamlı razılaşmanın əldə olunmasına çağırıblar.
Aytən Yaşar/ Turkustan.az