Papadan sülh çağırışı: “Zorakılığa son qoyulsun!”


Vatikanın dövlət başçısı Papa XIV Leo Ukraynanın müxtəlif şəhərlərinə və mülki infrastruktura edilən son hücumlardan kədərləndiyini bildirib.

Turkustan.az xəbər verir ki, Papa Müqəddəs Pyotr meydanına baxan ofisinin pəncərəsindən ənənəvi bazar günü duasını etdikdən sonra Rusiya-Ukrayna müharibəsinə toxunub.

“Ukraynada müxtəlif şəhərləri və mülki infrastrukturu hədəf alan, günahsız insanların ölümünə səbəb olan son zorakı hücumları kədərlə izlədim”, - deyə Papa bildirib.

Ukrayna xalqının illərdir narahatlıq və qorxu içində yaşadığını vurğulayan XIV Leo zorakılığa və dağıntılara son qoyulmasına, tərəflərin dialoq və sülh yolunu seçməsinə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ