Ukrayna üçüncü tərəf vasitəsilə Rusiyaya Qara dənizdəki hədəflərə hücumların dayandırılması ilə bağlı təklif göndərib.
Turkustan.az xəbər verir ki, bu barədə "Reuters" vəziyyətdən xəbərdar olan mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kiyev hələlik Moskvanın təklifə cavabını almayıb.
Məsələ ilə bağlı Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirib ki, Ankara Rusiya-Ukrayna münaqişəsinin tərəflərinə Qara dənizdə hərbi əməliyyatlara moratorium tətbiq edilməsi barədə təklif çatdırıb.
O qeyd edib ki, gəmilərə qarşı hücumların artması Türkiyə hakimiyyətini ciddi narahat edir.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə avqustun 13-də bildirib ki, Moskva Qara dənizdə döyüş əməliyyatlarının dayandırılması ilə bağlı rəsmi təklif almayıb./modern.az