Təl-Əviv merinin müavini Mamdanini boks döyüşünə çağırdı


İsrailin Təl-Əviv şəhərinin mer müavini Qay Avner Nyu-York meri Zöhran Mamdanini boks rinqində üz-üzə gəlməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Avner sosial media hesabında paylaşdığı videoda İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzada törədildiyi iddia olunan müharibə cinayətlərinə görə Haaqada mühakimə edilməli olduğunu deyən Mamdaniyə sərt reaksiya verib.

O, aralarındakı ideoloji fikir ayrılıqlarını boks rinqində həll etməyə hazır olduğunu bildirərək Nyu-York merini açıq şəkildə döyüşə dəvət edib.

"Mən Amerikanı, Nyu-Yorku sevirəm. Amma sən, Mamdani, bir fəlakətsən", – deyə, Avner videomüraciətində bildirib.

Təl-Əviv merinin müavini çıxışının sonunda Mamdaniyə müraciətlə, "Sənin arxanca gəlirəm. Qaçacaq yerin yoxdur. Gəl, bunu rinqdə həll edək", sözləri ilə meydan oxuyub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ