Qan Şəlaləsinin sirri tapıldı! Buzlaqların altında inqilabi bir kəşf


ABŞ-li alimlər Antarktidada yerləşən və "Qan Şəlaləsi" kimi tanınan qırmızı rəngli buzlaq axını yaxınlığında qitənin qədim tarixinə işıq sala biləcək mühüm elmi kəşf ediblər.

Turkustan.az xəbər verir ki, Kaliforniya Universitetinin San Dieqo kampusuna bağlı Scripps Okeanoqrafiya İnstitutunun məlumatına görə, araşdırma dəmirlə zəngin duzlu suyun təsiri nəticəsində qırmızı rəng alan Qan Şəlaləsi ətrafında aparılıb.

Tədqiqatçılar buzlağın son hissəsi və şəlalənin axdığı vadidə yerləşən müxtəlif mühitlərdən toplanmış 167 nümunəni analiz ediblər. Nümunələrdəki canlıların növünü və bioloji aktivliyini müəyyən etmək üçün RNT analizi aparılıb.

Araşdırma nəticəsində buzlağın son nöqtəsinə yaxın ərazidə dəniz mənşəli aktiv mikroskopik ökaryotik orqanizmlər icmasının mövcudluğunu təsdiqləyən molekulyar sübutlar əldə olunub.

Alimlərin qənaətinə görə, bu tapıntı Antarktidanın qədim dövrlərində dəniz suyunun vadiyə daxil olaraq buz qatlarının altında qaldığını göstərə bilər. Onların fikrincə, Qan Şəlaləsində aşkar edilən bioloji izlər qitənin geoloji və ekoloji keçmişinin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ