İspaniyanın daxili işlər naziri Fernando Qrande-Marlaska Şimali Afrikadakı Seuta və Melilya üzərindən ölkəyə daxil olmağa çalışan qanunsuz miqrantlarla bağlı son vəziyyəti açıqlayıb.
Turkustan.az xəbər verir ki, nazirin sözlərinə görə, Seutaya daxil olan təxminən 72 min qanunsuz miqrantdan 70 mini artıq ərazini tərk edib və ya geri qaytarılıb.
Qrande-Marlaska vurğulayıb ki, Şimali Afrikada yerləşən İspaniya ərazisi olan Seuta Şengen zonasına daxil olmadığı üçün baş verən hadisələr Şengen Sazişinin fəaliyyətinə təhlükə yaratmayıb.
O, həmçinin bildirib ki, İspaniya kəşfiyyat orqanlarında Seutaya yeni kütləvi miqrant axınının baş verəcəyinə dair hər hansı məlumat və ya əlamət yoxdur.


Aytən Yaşar/ Turkustan.az