Hizbullahın baş katibi Naim Qasım bildirib ki, təşkilatla Suriya hökuməti arasında münasib vaxtda açıq görüşün keçirilməsi üçün heç bir maneə yoxdur.
Turkustan.az xəbər verir ki, Ərbəin mərasimi münasibətilə çıxış edən Qasım İsraillə aparılan birbaşa danışıqları da sərt tənqid edib. O iddia edib ki, bu təmaslar Livana "utanc, rüsvayçılıq, məyusluq və ardıcıl güzəştlərdən başqa heç nə qazandırmayıb".
Hizbullah lideri həmçinin bildirib ki, iyunun 18-də ABŞ və İran arasında imzalandığını iddia etdiyi memorandum bölgədə hücumların dayanmasına təsir göstərən əsas amil olub.
Qasım Livan hökumətinə müraciət edərək qarşılıqsız güzəştlərdən imtina etməyə, Hizbullahla dialoqu gücləndirməyə, ölkədə daxili sabitliyi bərpa etməyə və dövlətin suverenliyinə hörmət etməyə çağırıb.
AYtən Yaşar/ Turkustan.az