“Belarus SSRİ mirasından imtina etməməklə düzgün iş görüb”.
Turkustan.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Zaman keçdi və gördük ki, haqlı imişik”, - o, Brestdə keçirilən görüşdə bildirib.
Lukaşenkonin sözlərinə görə, Belarusun bu seçimi Rusiya Prezidenti Vladimir Putin tərəfindən yüksək qiymətləndirilib.
“Mən bunu çox yüksək qiymətləndirirəm. Bu, mənim üçün yaxşı qiymətləndirmədir”, - Belarus lideri əlavə edib./teleqraf