Ərdoğandan Livan mesajı: Türkiyə hazırdır!


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfərlə Ankarada olan Livan Prezidenti Cozef Aunu Prezident Kompleksində rəsmi mərasimlə qarşılayıb.

Turkustan.az xəbər verir ki, liderlərin təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirdiyi görüşdən sonra birgə mətbuat konfransı təşkil olunub.

Süvari dəstələri Prezident Aunun kortejini Prezident Kompleksinin qarşısında qarşılayaraq protokol qapısına qədər müşayiət edib. Ərdoğan livanlı həmkarını kompleksin əsas girişində qarşılayıb. Rəsmi mərasim zamanı hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Birgə mətbuat konfransında çıxış edən Prezident Ərdoğan bildirib ki, görüşdə regional hadisələr, xüsusilə də Livanın cənubunda davam edən vəziyyət və İsrailin bölgədəki fəaliyyəti müzakirə olunub.

Ərdoğan vurğulayıb ki, Türkiyə dost və qardaş ölkə olan Livanın suverenliyinə, ərazi bütövlüyünə və sabitliyinə qətiyyətlə dəstək verməyə davam edəcək.

Türkiyə Prezidenti, həmçinin BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatının başa çatmasının mühüm mərhələ olacağını qeyd edərək bildirib:

"Hazırkı beynəlxalq qüvvələrin geri çəkilməsindən sonra Türkiyə Livanın suverenliyinin təmin edilməsi istiqamətində həyata keçiriləcək bütün təşəbbüslərdə iştirak etmək istəyir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ