Pakistanda polis məntəqəsinə hücum: 9 polis həlak oldu


Pakistanın Xayber Paxtunxva əyalətində yerləşən Hanqu rayonundakı polis nəzarət məntəqəsinə silahlı hücum edilib.

Turkustan.az xəbər verir ki, hücum nəticəsində 9 polis əməkdaşı həlak olub, 28 nəfər isə yaralanıb.

"Dawn" qəzetinin polis rəsmilərinə istinadən yaydığı məlumata görə, hücumun Pakistan Talibanı (TTP) tərəfindən həyata keçirildiyi bildirilir.

Hadisədən sonra təhlükəsizlik qüvvələri hücum edən silahlılara qarşı əməliyyat keçirib. Rəsmi məlumata əsasən, qarşıdurma zamanı 15 silahlı yaraqlı zərərsizləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ