Türkiyədən Husilərin Səudiyyə Ərəbistanına raket hücumuna sərt reaksiya


Türkiyə Xarici İşlər Nazirliyi Yəməndə İranın dəstəklədiyi Husi hərəkatının Səudiyyə Ərəbistanının cənubuna həyata keçirdiyi raket hücumunu qətiyyətlə pisləyib.

Turkustan.az xəbər verir ki, nazirliyin yaydığı yazılı bəyanatda bildirilir ki, Səudiyyə Ərəbistanının cənub bölgəsini hədəf alan hücum ölkənin suverenliyi və ərazi bütövlüyünün pozulması, həmçinin regional təhlükəsizlik və sabitlik üçün ciddi təhdid hesab olunur.

Bəyanatda qeyd olunub: "Husilər tərəfindən Səudiyyə Ərəbistanının cənub bölgəsinə edilən raket hücumunu qətiyyətlə pisləyirik. Səudiyyə Ərəbistanının suverenliyini və ərazi bütövlüyünü pozan, regional təhlükəsizlik və sabitliyə ciddi təhdid yaradan bu hücum qarşısında qardaş Səudiyyə Ərəbistanı ilə tam həmrəy olduğumuzu bir daha təsdiqləyirik."

Xarici İşlər Nazirliyi tərəfləri bölgədə gərginliyi daha da artıracaq addımlardan çəkinməyə də çağırıb.

Bu arada, Yəməndə İranın dəstəklədiyi Husi hərəkatı Səudiyyə Ərəbistanının cənubunda yerləşən Abha Beynəlxalq Hava Limanını ballistik raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ