Tramp İranla bağlı sualları cavabladı - quru əməliyyatını istisna etmədi


ABŞ Prezidenti Donald Tramp İranla gərginliyin artdığı bir vaxtda mümkün hərbi əməliyyatlarla bağlı diqqət çəkən açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Tramp FOX News telekanalına müsahibəsində ABŞ-nin İranın nəzarətində olan Hörmüz boğazındakı strateji Xark adasını nəzarətə götürmək planlarının olub-olmaması barədə suala cavab verib.

"Bu barədə sizə heç nə deyə bilmərəm, çünki bunu demək ağılsızlıq olardı. Amma belə bir xəbər başlıqlara çıxmaq üçün pis olmazdı", - Tramp bildirib.

Jurnalistin "Quru əməliyyatı variantını istisna edirsinizmi?" sualına isə ABŞ Prezidenti mənfi cavab verib.

"Xeyr, əgər məqsədəuyğun olarsa, bunu istisna etmirəm. Bəzən quru əməliyyatı zəruri olur. Amma bunu bizim əvəzimizə həyata keçirə biləcək başqa qüvvələr də var", - Tramp vurğulayıb.

Qeyd edək ki, ABŞ ilə İran arasında gərginlik son həftələr daha da artıb. Vaşinqtonun İranın hərbi obyektlərinə zərbələr endirməsi, Tehran tərəfinin isə regiondakı ABŞ maraqlarını hədəfə alacağı barədə xəbərdarlıqları Yaxın Şərqdə yeni eskalasiya risklərini artırıb.

Ekspertlər Trampın son açıqlamasını Vaşinqtonun bütün hərbi variantları gündəmdə saxladığına dair mesaj kimi qiymətləndirirlər. Xüsusilə quru əməliyyatının istisna edilməməsi ABŞ-nin İranla qarşıdurmada daha sərt ssenariləri nəzərdən keçirdiyini göstərən siqnal hesab olunur. /modern.az/az/


MANŞET XƏBƏRLƏRİ