Amerikalı senator Lindsi Qrem Ukraynanın "SkyFall" şirkətinin müəssisələrində olub. Ziyarət zamanı ona "Vampire" zərbə pilotsuz uçuş aparatları (PUA), "Shrike" FPV-dronları və "P1-SUN" PUA-nı sındıran aparatları nümayiş etdirilib.
Turkustan.az xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
Bildirilir ki, senator yerin dərinliyində yerləşən istehsalat sahəsinə baxış keçirib və onun ən qabaqcıl texnologiyalara cavab verdiyini qeyd edib.
"Hesab edirəm ki, dron sahəsində Ukrayna ilə əməkdaşlıq etməmək Amerika üçün böyük bir səhv olardı", - deyə Qrem vurğulayıb.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin 2026-cı ildə təxminən 10 milyon pilotsuz uçuş aparatı istehsal edəcəyini bəyan etmişdi. Onun sözlərinə görə, Kiyev bu göstəricini iki dəfə artırmaq imkanına malikdir.



/Bizim.Media