“Başımı aldadıb, olmayan mərtəbədən ev satıblar” - VİDEO


“MM Park” MMC-dən ev alan vətəndaş ona mənzilin olmayan mərtəbədən satıldığını iddia edir.

Turkustan.az xəbər verir ki, bununla bağlı “APA TV”yə danışan şikayətçi Mehriban Həsənovanın sözlərinə görə, 4 ildir nə evinə qovuşa bilir, nə də ödədiyi vəsaiti geri ala bilir: “Mənə dedilər ki, bu tərəfdəki bina 17 mərtəbədir, bu da 18 olacaq. Mən də inandım, mənzilin satışını edən müdir Asif müəllim idi. Mən mərtəbəyə baxmaq istəyəndə o dedi ki, “11-ə çıxsanız, ayaqlarınız yorular, lift də işləməyə bilər”.

Həmin gün 1000 manat beh verdim. Bir vətəndaş göndərmişdi ki, o mənzil həmin adamın adınadır. Sözügedən şəxs bildirdi ki, artıq sənəddə ev onun adından çıxarılıb. Nəticədə 80 min manat verərək qızımın adına məznil aldıq. Ancaq hər şey bundan sonra ortaya çıxdı. Mən evi təmir etdirməyə başlayanda gördüm ki, 10-cu mərtəbədən sonra heç nə yoxdur. Mənim başımı aldatdılar. Həmin müddətdə isə divar, arakəsmə və pilləkən düzəltdilər ki, biz qalxa bilək. Artıq şirkətin rəhbəri Şahlar Qurbanovla üç məhkəməmiz olub, sonuncuda Şahlar Qurbanov dedi ki, “sənin mənzilin yoxdur, ləğv etmişəm”. Bu isə prosesdən bir gün öncə oldu. Niyə bu 4 ildə yox, iddianı qaldırdıqdan sonra belə bir addım atdılar?!”

Şirkətin rəhbəri Şahlar Qurbanov iddialara cavab olaraq bildirib ki, o, Mehriban Həsənovaya mənzil satmayıb: “Tikinti icazəsi ləğv edildiyi üçün təmir işlərinin aparılması dayandırıldı. Möhürü başqa şəxs vurub, o mənzil başqa şəxsə mülkiyyət əvəzi verilib. Bu bina əslində 19 mərtəbədən ibarətdir, ancaq 11 mərtəbə tikildikdən sonra Arxitektura Komitəsi bunu dayandırdı. Heç burada daşı daş üstə qoymağa da icazə yoxdur”.

Daha ətraflı videomaterilda:


MANŞET XƏBƏRLƏRİ