Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əl sıxdığı fotonu rəsmi sosial media hesabında paylaşıb.
Turkustan.az xəbər verir ki, aylaşımda Türkiyədə keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Toplantısı çərçivəsində çəkilmiş bir neçə foto yer alıb. Kadrlardan birində Tramp və Ərdoğanın ikitərəfli görüşdən əvvəl prezidentlik gerbi önündə əl sıxdığı əks olunub.
Zirvə toplantısının xatirəsinə çəkilən fotoda iki liderin səmimi və mehriban davranışı diqqət çəkib. Paylaşım qısa zamanda sosial şəbəkələrdə geniş maraq doğurub.
![]()
Aytən Yaşar/ Turkustan.az