İki ölkə Vaşinqton–Tehran dialoquna dəstəyini ifadə etdi


Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan və Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ABŞ ilə İran arasında aparılan danışıqların bölgədəki münaqişələrin "dinc və hərtərəfli həlli" ilə nəticələnəcəyinə ümid etdiklərini bildiriblər.

Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin yaydığı yazılı məlumata əsasən, nazir Feysəl bin Fərhan pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb.

Söhbət zamanı ABŞ ilə İran arasında davam edən danışıqlar prosesindəki son vəziyyət, xüsusilə də iyunun 30-da Qətərin paytaxtı Doha şəhərində keçirilən görüşün nəticələri ətraflı müzakirə olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ