İran bütün şərtlərlə razılaşıb - Tramp


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranla münaqişə zamanı qarşıya qoyduğu məqsədlərin demək olar ki, hamısına nail olub.

Turkustan.az xəbər verir ki, Tramp CNBC telekanalına müsahibəsində bildirib: “Məncə, onlar bizə lazım olan demək olar ki, bütün şərtlərlə razılaşıblar”.

O əlavə edib ki, Tehranla danışıqlar davam edir və hərbi qarşıdurma İranın nüvə silahı məsələsinin həllinə gətirib çıxarıb.

“Bu, İranın nüvə silahından məhrum edilməsidir”, – deyə ABŞ prezidenti vurğulayıb.

Trampın fikrincə, təxminən dörd ay davam edən münaqişə ABŞ hərbçilərinin məqsədlərinə çatması üçün nisbətən qısa müddət olub.

“Və mən nə əldə etdim? Mən onları hərbi baxımdan darmadağın etdim”, – deyə Amerika lideri qeyd edib. /modern.az/


MANŞET XƏBƏRLƏRİ