“New York Times” qəzetinin məlumatına görə, ABŞ Tehrana xəbərdarlıq edib ki, İranla müharibəyə son qoymaq üçün danışıqlar aparılarkən İsrail İranın xarici işlər naziri Ərakçi və Parlament sədri Qalibafı sui-qəsd edə bilər.
Turkustan.az xəbər verir ki, “New York Times” (NYT) qəzetinin məlumatına görə, adı açıqlanmayan rəsmilər ABŞ və İran arasında atəşkəs danışıqları zamanı İsrailin mövqeyi ilə bağlı iddialar irəli sürüblər.
ABŞ rəsmiləri bildiriblər ki, danışıqlar davam edərkən İsrailin İranın xarici işlər naziri Abbas Arakçi və Parlamentin sədri Məhəmməd Bağır Qalibafə qarşı mümkün sui-qəsd planladığına inanırlar.
Rəsmilər iddia edirdilər ki, Vaşinqton administrasiyası bu iki yüksək vəzifəli məmurun öldürülməsinin danışıqları pozacağından narahatdır və planı öyrəndikdən sonra İsraildən "geri çəkilməsini" istəyib.
Rəsmilər iddia edir ki, Vaşinqton administrasiyası region ölkələrindən İranı bu ehtimal barədə xəbərdar etmələrini istəyib və Tehranın vasitəçilər vasitəsilə ABŞ-dan zəmanət istədiyi də bildirilib.
Digər tərəfdən, bir rəsmi ABŞ ilə İran arasında danışıqların davam etdiyini və Qətərdə "məhsuldar" danışıqların baş tutduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az