CHP (Cümhuriyyət Xalq Partiyası) daxilində fövqəladə qurultayla bağlı müzakirələr məhkəmə mərhələsinə daşınır.
Turkustan.az xəbər verir ki, Özgür Özəli dəstəkləyən qrup Kemal Kılıçdaroğlu rəhbərliyinin 833 nümayəndənin imzasına baxmayaraq fövqəladə qurultay çağırmadığını bildirərək bu gün mülki məhkəməyə müraciət edəcək.
Müraciətdə partiya üçün qurultay çağırılması məqsədilə “çağırış komitəsi”nin təyin olunması tələb ediləcək. Tələb qəbul edilərsə, CHP-nin ən geci 45 gün ərzində fövqəladə qurultay keçirməsi mümkün olacaq.
Özgür Özəli dəstəkləyən komanda bildirir ki, Ankara Regional Apelyasiya Məhkəməsinin 36-cı Mülki İşlər Palatasının 21 may tarixli “tamamilə etibarsızlıq” qərarı ilə başlayan və Özel ilə partiya orqanlarının vəzifədən uzaqlaşdırılması ilə nəticələnən prosesdən sonra böhran yeni mərhələyə keçib.
Komandaya yaxın mənbələrin məlumatına görə, Kılıçdaroğlu rəhbərliyinin qurultay çağırmaması səbəbindən bu gün məhkəməyə müraciət edilərək “çağırış komitəsi”nin təyin olunması istəniləcək.
Partiya daxilində gərginlik davam edərkən, Özgür Özəl 17 iyunda 833 nümayəndənin imzasını və İstanbul nümayəndələrinin iradə bəyanını CHP qərargahına təqdim etmiş, fövqəladə qurultayın çağırılmasını tələb edərək Kılıçdaroğlu rəhbərliyinə 10 günlük müddət vermişdi.
Aytən Yaşar/ Turkustan.az