Rusiyada 52 dərəcə isti oldu - Çimərliklərdə izdiham yaşanır


Avropa ölkələrinin ardınca Rusiyada da anomal istilər başlayıb.

Turkustan.az RT-yə istinadən xəbər verir ki, Kalininqradın Svetloqorsk şəhərində ekstremal isti hava şəraiti müşahidə olunub. Temperatur 50°C-dən yuxarı qalxıb.

Nəşrin məlumatına görə, gündüz günəşin qızdırdığı açıq sahələrdə temperatur 52°C-ni göstərib.

Yerli sakinlər istidən su hövzələrinin kənarına qaçaraq sərinləməyə çalışıb, şəhərin çimərliklərində izdiham yaradıblar.

Qeyd edək ki, Kalininqrad coğrafi cəhətdən Rusiyanın əsas ərazisindən tamamilə ayrı düşmüş bir anklav ərazidir və Baltik dənizinin sahilində, Polşa ilə Litvanın əhatəsində yerləşir. Svetloqorsk isə həmin vilayətin ən məşhur kurort və turizm şəhərlərindən biridir.

Xatırladaq ki, bir neçə gündür ki, Avropada ekstremal isti hava şəraiti hökm sürür. Ümumdünya Səhiyyə Təşkilatı hətta avropalıların həyatı və sağlamlığının təhlükə altında olduğunu bəyan etmişdi.

Photo


MANŞET XƏBƏRLƏRİ