Macarıstanın Baş naziri Peter Magyar ölkəsinin 2030-cu ildə Avrozonaya qoşulmağı hədəflədiyini açıqladı.
Turkustan.az xəbər verir ki, Macarıstanın Baş naziri Peter Magyar ölkəsinin yaxın illərdə Avrozonaya qoşulmaq üçün iqtisadi tələbləri yerinə yetirməyi hədəflədiyini açıqladı.
Budapeştdə keçirilən birgə mətbuat konfransında çıxış edən Magyar bildirib ki, məqsədləri avronun 2030-cu ilə qədər qəbul edilməsi üçün lazımi meyarları tamamlamaqdır. O bildirib ki, avronun qəbul edilməsi daha böyük iqtisadi sabitlik gətirəcək və Viktor Orban administrasiyasının "maliyyə səhvlərinin" təkrarlanmasının qarşısını alacaq.
Aytən Yaşar/ Turkustan.az