Polşalı deputat Yanuş Kovalski Polşada sığınacaq tapan ukraynalı qaçqınların kütləvi şəkildə vətənlərinə qaytarılmasının zəruriliyini bəyan edib.
Turkustan.az xəbər verir ki, bu barədə məlumat Polşa KİV-lərində yer alıb.
Əslində, Kovalskinin bu çıxışında heç bir yenilik yoxdur. O, uzun müddətdir ki, Ukrayna və ukraynalı qaçqınlarla bağlı yürütdüyü sərt ritorikası ilə tanınır.
Siyasətçi son illər ərzində mütəmadi olaraq ukraynalılara verilən müavinətlərə, güzəştlərə və xüsusi imtiyazlara qarşı çıxış edir.
Deputat eyni zamanda rəsmi Varşavanın Ukraynaya göstərdiyi hərbi və maliyyə dəstəyinin həcmini də kəskin tənqid atəşinə tutur və bu mövzudan Polşanın daxili siyasətində öz maraqları üçün fəal şəkildə istifadə edir.

Bizim.Media