İsrail mətbuatında yer alan xəbərlərə görə, ABŞ prezidenti Tramp Qəzza üçün atəşkəs planını açıqlamazdan əvvəl Netanyahunu sərt tənqid edib.
Turkustan.az xəbər verir ki, bildirilir ki, Tramp telefon danışığı zamanı Netanyahuya qışqıraraq "Bütün yəhudilər səndən bezib" deyib və İsrailin Qəzza ilə bağlı 20 maddəlik planı qəbul etməli olduğu barədə xəbərdarlıq edib.
İsrailin "Yedioth Ahronot" qəzetində dərc olunan xəbərə görə, "New York Times" qəzetinin müxbirləri Meggi Haberman və Conatan Svanın yazdığı "Rejim Dəyişikliyi: Donald Trampın İmperatorluq Prezidentliyinin Pərdə Arxasında" kitabında Trampın Qəzzada atəşkəs planını elan etməzdən əvvəl Netanyahu haqqında sərt fikirlər söylədiyi bildirilir.
Aytən Yaşar/ Turkustan.az