İtaliyanın Baş naziri Giorgia Meloni ABŞ Prezidenti Donald Trampla yaşadığı son mübahisəni böyütmək niyyətində olmadığını bildirib.
Turkustan.az xəbər verir ki, Romada “La Verita” qəzetinin təşkil etdiyi tədbirdə çıxış edən Meloni müxtəlif mövzular, o cümlədən ABŞ-İran danışıqları və Tramp ilə münasibətləri barədə sualları cavablandırıb.
Meloni, 15–17 iyun tarixlərində Fransada keçirilən G7 sammiti çərçivəsində Trampın onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərək, bu açıqlamalardan “təəccübləndiyini” və “təsirləndiyini” deyib.
Baş nazir vurğulayıb ki, məsələni daha da gərginləşdirmək niyyətində deyil və ABŞ prezidenti ilə polemikanın davam etdirilməsində maraqlı deyil.
Aytən Yaşar/ Turkustan.az