Kim Çenin nüvə oyunu: Şimali Koreyanın niyə bu qədər silaha ehtiyacı var?


Şimali Koreya lideri Kim Çen In nüvə enerjisinin genişləndirilməsinin ABŞ-ın yaratdığı təhdidlərə qarşı mübarizənin “yeganə yolu” olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, analitiklər isə hesab edirlər ki, Pxenyan İrana qarşı son hücumlardan nəticə çıxararaq hədəfə çevrilməmək üçün dayanıqlı və dönməz nüvə potensialı formalaşdırmağa çalışır.

Kim Çen In hakim İşçi Partiyasının iclasında çıxışı zamanı qeyd edib ki, getdikcə qeyri-sabitləşən beynəlxalq şəraitlə üzləşməyin “doğru və yeganə yolu” nüvə potensialının daha da gücləndirilməsidir. O, bu mövqeyini ABŞ və müttəfiqlərindən gələn artan təhlükələrlə əsaslandırıb.

Onun sözlərinə görə, Şimali Koreya hərbi gəmiləri nüvə raketləri ilə təchiz etməyi, silah səviyyəli nüvə materiallarının istehsalını iki dəfə artırmağı və ölkənin nüvə arsenalını “eksponensial sürətlə” genişləndirməyi planlaşdırır.

Bununla belə, beynəlxalq ekspertlər Şimali Koreyanın müdafiə qabiliyyəti ilə bağlı tez-tez şişirdilmiş açıqlamalar verdiyini qeyd edirlər. Analitiklərin fikrincə, əsas sual artıq ölkənin nüvə silahına sahib olub-olmaması deyil, bu silahları niyə və hansı miqyasda artırmağa çalışmasıdır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ