Papua Yeni Qvineya quş qripi aşkarlanmasından sonra Avstraliyadan quş əti və yumurta idxalını dayandırdığını açıqladı.
Turkustan.az xəbər verir ki, ABC News-un məlumatına görə, Papua Yeni Qvineyanın Milli Kənd Təsərrüfatı və Karantin Nəzarət Orqanı Qərbi Avstraliya ştatında quş qripinin H5N1 ştammına yoluxma halının aşkarlanmasından sonra tədbir görüb .
Agentlik Avstraliyadan toyuq məhsulları, yumurta və yumurta məhsullarının idxalını dayandırdığını açıqladı.
Avstraliyanın Kənd Təsərrüfatı, Meşəçilik və Balıqçılıq naziri Culi Kollinz ticarət qadağasının lazımsız olduğunu, çünki Avstraliyanın quşçuluq və kənd təsərrüfatı istehsal sistemlərinin quş qripindən təsirlənmədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az