ABŞ Konqresində F-35 yeni nəsil qırıcı təyyarə proqramına həsr olunmuş dinləmələr zamanı proqramın hazırkı vəziyyəti ilə bağlı məlumatlar açıqlanıb.
Turkustan.az xəbər verir ki, F-35 Birgə Proqram Ofisinin direktoru, general-leytenant Qreqori L. Masiello ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı bildirib ki, hazırda ABŞ Silahlı Qüvvələrinin inventarında 832 ədəd F-35 qırıcısı mövcuddur.
Onun sözlərinə görə, dünya üzrə istismarda olan F-35 təyyarələrinin sayı 1300-ü ötüb. Masiello F-35-in çoxməqsədli və geniş imkanlara malik döyüş platforması olduğunu vurğulayıb.
General-leytenant həmçinin qeyd edib ki, F-35-lər dünyanın müxtəlif bölgələrində yerləşən 42 bazada xidmət göstərir. Bundan başqa, bu təyyarələr 13 beynəlxalq təyyarədaşıyan gəmidə yerləşdirilib ki, onların 10-u ABŞ-a məxsusdur.
Aytən Yaşar/ Turkustan.az