Hizbullah lideri: İsrailin Livandan çıxmaqdan başqa yolu yoxdur


Hizbullahın baş katibi Naim Qasım Livanda atəşkəsin əldə olunduğunu açıqlayıb və İsrailin müəyyən edilmiş müddət ərzində ölkə ərazisindən tamamilə çıxmalı olduğunu bildirib.

Turkustan.az xəbər verir ki, Hizbullaha bağlı Əl-Mənar televiziyasında yayımlanan çıxışında Qasım təşkilatı hədəf alan planların uğursuzluğa düçar olduğunu vurğulayıb. O, atəşkəs razılaşmasında vasitəçilik roluna görə İrana təşəkkür edib və İsrailin Livan ərazisində bir qarış torpaq belə saxlamamalı olduğunu deyib.

Qasımın sözlərinə görə, İsrailin həyata keçirdiyi hava, quru və dəniz əməliyyatları qarşıya qoyulan məqsədlərə çatmayıb. O, bütün hücumların dayandırılmasını, İsrail qüvvələrinin Livandan geri çəkilməsini, Livan ordusunun ölkənin cənubunda yerləşdirilməsini və məhbusların azad olunmasını tələb edib.

Həmçinin sərhəd bölgələrindən köçkün düşmüş mülki şəxslərin evlərinə qayıtmasının və yenidənqurma prosesinin başlanmasının vacibliyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ