ABŞ Dövlət katibi Marko Rubio ilə birlikdə prezidentin xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşner Ukraynada sülhün əldə olunması istiqamətində fəaliyyət göstərirlər.
Turkustan.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte bu barədə “Fox News”a müsahibəsində danışıb.
Onun sözlərinə əsasən, ABŞ prezidenti Donald Tramp ötən il Rusiya prezidenti Vladimir Putinlə münasibətləri “dalana dirənmiş vəziyyətdən” çıxara bilib və indi əsas məqsəd Putinin danışıqlar prosesinə cəlb olunmasıdır.
Rutte bildirib ki, “Vitkoff, Kuşner və Marko Rubio da daxil olmaqla, hamı bu sülh razılaşmasının əldə olunması üçün çalışır”.
O əlavə edib ki, sülh yalnız o halda mümkün ola bilər ki, Putin həqiqətən də danışıqlara qoşulmağa və digər tərəflərlə əməkdaşlığa hazır olsun.
NATO rəhbəri həmçinin vurğulayıb ki, Ukrayna döyüş meydanında yaxşı nəticələr göstərir və Rusiya ordusu ciddi itkilər verir.
Aytən Yaşar/ Turkustan.az