ABŞ-la İran nümayəndələrinin növbəti görüşünün vaxtı açıqlandı


Gələn həftə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran nümayəndələri arasında ekspertlər səviyyəsində texniki müzakirələrin yenidən başlanması planlaşdırılır.

Turkustan.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına istinadən İranın "Fars" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, tərəflər arasında danışıqların bərpası istiqamətində hazırlıq işləri aparılır. Görüşlərin əsas məqsədinin nüvə proqramı və digər texniki məsələlər üzrə fikir mübadiləsinin davam etdirilməsi olduğu bildirilir.

Rəsmi tərəflər danışıqların keçirilməsi ilə bağlı əlavə detalları hələ açıqlamayıblar./modern.az


MANŞET XƏBƏRLƏRİ