“Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsi davam edir


Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyat keçirdiyi “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsi çərçivəsində fəaliyyət davam edir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Rezonans” Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Gənclərin inklüziv şəhər təşəbbüsləri” layihəsinin fəaliyyət planı çərçivəsində ölkənin regionunda – Biləsuvar şəhərində maarifləndirmə və məlumatlandırma tədbiri keçirilib.

Biləsuvar şəhərində keçirilən tədbir bu istiqamətdə sonuncu tədbirdir. Tədbirdə mövzu ilə bağlı iştirakçılara müəyyən bilik və məlumatlar verilmiş və müzakirələr keçrilib. Tədbirin maderotu “Rezonans” Gənclərin İctimai Birliyinin sədri Togrul Abbasbəyli idi. O tədbiri açaraq Biləsuvar RİH-nin nümayəndəsi Ziya Qurbanova verib.

Z.Qurbanov tədbirin və mövzunun əhəmiyyətindən, onun rayon gənclərinin məlumatlarılması baxımından müsbət təsirindən danışıb. Sonra ekspertlər “Cəmiyyətin İnkişafı Mərkəzi” İB-nin sədri Əhməd N.Abbasbəyli, “Biosfer” İB-nin sədri Qorxmaz İbrahimli «WUF-13-un nəticələri, əsas rəsmi beynəlxalq sənədlər və perspektivlər», “Ətraf mehit, iqlim və mənzil siyasəti arasındakı əlaqə" və s. mövzularında məruzə edib, ətraflı məlumat veriblər. İştirakçıların çoxsaylı sualları cavablandırıldı və mövzular ətrafında müzakirələr aparılıb.

Tədbirin yekununda “Rezonans” GİB-nin icraçı direktoru Məhəmmədəli Mərdanov layihəyə və tədbirə göstərdikləri maraq və diqqətə görə iştirakçılara təşəkkürlərini bildirib.

Tədbir iştirakçılarına layihə çərçivəsində çap edilmiş çoxlu sayda bukletlər paylanıb. Bu bukletlər əsasən əhali arasında paylanmaq üçün nəzərdə tutulub.


MANŞET XƏBƏRLƏRİ