Japarov nəvələrinə smartfonu qadağan etdi


Qırğızıstan Prezidenti Sadır Japarov nəvələrinə smartfonlardan istifadəni qadağan etdiyini açıqlayıb və valideynlərə də eyni şeyi tövsiyə edib.

Turkustan.az xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan” məlumat yayıb.

“Məsələn, nəvələrimə smartfon verməyi qadağan edirəm. Ailəmdən onlarla oynamağı və söhbət etməyi xahiş edirəm. Bir çox valideyn sakitlik istəyir və uşaqlarını məşğul emək üçün onlara telefon verir. Elə olur ki, evdə heç kim onlarla danışmır. Biz məktəbdən evə gəlirdik, valideynlərimizlə çay içirdik, onlar bizimlə fikirlərini bölüşürdülər, bizə nağıllar danışırdılar. Smartfonlarla bağlı problem təkcə ölkəmizlə məhdudlaşmır. Birlikdə uşaqlara tariximiz, adət-ənənələrimiz haqqında danışaraq təsir göstərə bilərik”, - o bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ