Ermənistanda gömrük əməkdaşları İrandan gətirilən yük maşınında qeyri-adi qaçaqmalçılıq cəhdinin qarşısını alıblar.
Turkustan.az xəbər verir ki, Ermənistan Dövlət Gəlirləri Komitəsinin məlumatına görə, iranlı sürücünün idarə etdiyi yük maşınının kabinəsindəki yastıqların içərisində gizlədilmiş 26 kiloqram ağırlığında 143 dəstə təbii insan saçı aşkar edilib.
Komitə qeyd edib ki, bu cür halların sayı son aylarda artmaqdadır. Rəsmi məlumatlara əsasən, 2026-cı ilin əvvəlindən iyun ayınadək təbii saçların gizli və ya bəyan edilmədən idxalı ilə bağlı 11 fakt aşkarlanıb.
Həmin dövrdə ümumilikdə 135,7 kiloqram ağırlığında və 621 dəstə təbii insan saçının Ermənistan ərazisinə keçirilməsinə cəhd göstərildiyi bildirilib.
Sosial mediada isə saçların yanvar etirazlarında öldürülən qadın və qızlara aid olduğu açıqlanıb. (Kayhan London)

Bizim.Media