Hakan Fidan Vladimir Putinlə görüşdü


Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri çərçivəsində Kazan şəhərində Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul edilib.

Turkustan.az xəbər verir ki, diplomatik mənbələrin verdiyi məlumata görə, görüş Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda baş tutub.

Kremlin yaydığı açıqlamada bildirilib ki, görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Prezident Vladimir Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov da iştirak ediblər.

Putin görüş zamanı Türkiyə ilə Rusiya arasında münasibətlərin davamlı inkişaf etdiyini vurğulayaraq, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndiyini qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ