Döyüşlər şiddətləndi! Moskvada uçuşlar dayandırıldı


Ukraynanın Rusiyanın paytaxtı Moskvaya qarşı intensiv dron hücumları həyata keçirdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Moskva meri Sergey Sobyanin sosial media hesabında paylaşdığı məlumatda Moskva səmasında 190-dan çox Ukrayna dronunun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.

Sobyaninin sözlərinə görə, dron qalıqlarının düşdüyü ərazilərdə zəruri tədbirlər görülür və hava hücumundan müdafiə sistemləri fəaliyyətini davam etdirir.

Moskva meri həmçinin qeyd edib ki, hücumlar paytaxtın ən böyük bazarlarından biri olan Sadovod ticarət mərkəzinin yerləşdiyi əraziyə ziyan vurub. O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb və təcili yardım xidmətləri dağıntıların olduğu ərazilərdə işlərini davam etdirir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ