NATO-nun baş katibi Mark Rutte ABŞ-ın Avropadakı hərbi öhdəliklərini azaltmaq qərarının mərhələli şəkildə deyil, dərhal həyata keçiriləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, o qeyd edib ki, Avropalı müttəfiqlər artıq yaranan boşluğu doldurmaq üçün addımlar atmağa başlayıblar.
Rutte bu barədə Brüsseldə NATO-nun qərargahında keçirilən Müdafiə Nazirləri Toplantısının açılışı zamanı jurnalistlərə açıqlamasında danışıb.
NATO rəhbərinin sözlərinə görə, görüşdə 7-8 iyul tarixlərində keçiriləcək Ankara Zirvə Görüşü üçün hazırlıq məsələləri müzakirə olunacaq. Zirvə çərçivəsində müdafiə sənayesi istehsalının artırılması, alyansın müdafiə qabiliyyətinin gücləndirilməsi və Ukraynaya dəstəyin davam etdirilməsi istiqamətində konkret addımlar nəzərdən keçiriləcək.
ABŞ və İran arasında əldə olunan razılaşmaya da toxunan Rutte bildirib:
“Prezident Donald Trump mühüm bir razılaşmaya nail olub. Bu sənəd İranın nüvə potensialının məhdudlaşdırılması baxımından əhəmiyyət daşıyır. ABŞ fevral ayının sonundan etibarən İranın nüvə imkanlarının azaldılması istiqamətində nəticə əldə edib. Eyni yanaşma yalnız Yaxın Şərq üçün deyil, Avropa və digər regionlar üçün də təhlükə yaradan ballistik raket potensialına münasibətdə də vacibdir. Bundan əlavə, G7 liderlərinin bəyanatında da qeyd olunduğu kimi, tərəflər beynəlxalq sularda naviqasiya azadlığının təmin edilməsi üçün atılacaq addımları nəzərdən keçirirlər.
Aytən Yaşar/ Turkustan.az