Ukrayna prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Tramp və ABŞ Dövlət katibi Marko Rubio ilə görüş keçirib.
Turkustan.az xəbər verir ki, görüşdə əsas müzakirə mövzularının Ukraynada davam edən müharibə, təhlükəsizlik vəziyyəti və ABŞ-ın Kiyevə hərbi-siyasi dəstəyi olduğu bildirilir. Tərəflərin xüsusilə hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi, cəbhə xəttində vəziyyətin sabitləşdirilməsi və müdafiə sahəsində yeni yardım paketləri üzərində danışdığı qeyd olunur.
Eyni zamanda, görüşdə Rusiya ilə müharibənin diplomatik həlli perspektivləri, mümkün danışıqlar mexanizmləri və beynəlxalq tərəfdaşlarla koordinasiyanın gücləndirilməsi məsələlərinin də gündəmdə olduğu vurğulanır.
Aytən Yaşar/ Turkustan.az