Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqlarında ilk fəsilləri açdı


Aİ Şurası Lüksemburqda Ukrayna və Moldova ilə keçirilən ayrıca üzvlük danışıqları konfranslarından sonra hər iki ölkə ilə danışıqların “Əsaslar” adlanan ilk fəsillər paketinin açıldığını açıqlayıb.

Turkustan.az xəbər verir ki, bəyanatda qeyd olunub ki, üzvlük danışıqları prosesində bu paket ilk açılan və son bağlanan fəsillərdən ibarətdir. Həmçinin, bu sahədə əldə olunan irəliləyiş danışıqların ümumi sürətinə və gedişatına birbaşa təsir göstərir.

“Əsaslar” paketinə 23-cü fəsil – Məhkəmə Hakimiyyəti və Əsas Hüquqlar, 24-cü fəsil – Ədalət, Azadlıq və Təhlükəsizlik, 5-ci fəsil – Dövlət Satınalmaları, 18-ci fəsil – Statistika və 32-ci fəsil – Maliyyə Nəzarəti daxildir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ