Böyük Britaniya və Aİ iyul ayında ikinci ikitərəfli sammit keçirəcək


Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında növbəti sammit iyulun 22-də keçiriləcək.

Turkustan.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Keir Starmer Fransanın Evian şəhərində keçirilən G7 Summit çərçivəsində António Costa ilə görüşündən sonra X sosial şəbəkəsində paylaşım edib.

Starmer bildirib ki, bu gün Avropa Şurasının prezidenti António Kosta ilə Böyük Britaniya və Aİ arasında ikinci sammitin iyulun 22-də keçirilməsi barədə razılıq əldə olunub.

O qeyd edib ki, Leyboristlər hökuməti Avropa İttifaqı ilə münasibətlərin yenidən qurulması və Böyük Britaniyanın Avropadakı aparıcı rolunun bərpası ilə bağlı verdiyi vədi yerinə yetirir.

Baş nazir vurğulayıb ki, tərəflər birgə səylərlə artan yaşayış xərcləri ilə mübarizə aparacaq, yeni iş yerlərinin yaradılmasını təşviq edəcək və gənclər üçün əlavə imkanlar formalaşdıracaqlar.

Öz növbəsində, Ursula von der Leyen Starmerlə görüş zamanı Yaxın Şərqdəki son hadisələr və Ukraynaya dəstək məsələlərinin də müzakirə edildiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ