Çin "Sijian-31" peykini orbitə çıxardı


Çin kosmik mühitin monitorinqi və orbital tətbiqlərin inkişafı üçün istifadə edilən Şijian sinifli peykini kosmosa buraxıb.

Turkustan.az xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, "Xijian-31" peyki Siçuan əyalətindəki Xiçanq Peyk Mərkəzindən "Long March-3B" daşıyıcı raketi ilə kosmosa buraxılıb.

Peyki planlaşdırılan orbital mövqeyinə yerləşdirən buraxılış, "Long March" raketləri ilə həyata keçirilən 651-ci nəqliyyat missiyası idi.

Çin Kosmik Texnologiyalar Akademiyası (CAST) tərəfindən hazırlanan Şijian peykləri kosmik mühitin monitorinqi və orbital tətbiqlərin inkişaf etdirilməsi üçün istifadə olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ