Tramp: ABŞ urana sahib olmaq yox, onu məhv etmək istəyir


ABŞ Prezidenti Donald Tramp İranın zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı bildirib ki, Vaşinqtonun məqsədi həmin materialı nəzarətə götürmək deyil, onu məhv etməkdir.

Turkustan.az xəbər verir ki, Tramp bu fikirləri Fransanın Évian-les-Bains şəhərində keçirilən G7 Summit çərçivəsində BƏƏ Prezidenti Mohamed bin Zayed Al Nahyan ilə görüşdən sonra jurnalistlərə açıqlamasında səsləndirib.

“İranın zənginləşdirilmiş uranına gəldikdə, onu əldə etdiyimiz zaman məhv edəcəyik. Məqsədimiz ona sahib olmaq deyil, onu məhv etməkdir. Bizim artıq kifayət qədər uranımız var”, – deyə, ABŞ prezidenti bildirib.

Tramp həmçinin qeyd edib ki, Hörmüz boğazı üzərindən gəmi hərəkəti normallaşmağa başlayıb və neft tədarükü bərpa olunur.

Onun sözlərinə görə, bu proses qlobal enerji bazarlarında sabitliyə müsbət təsir göstərir, neft qiymətlərinin aşağı düşməsinə və fond bazarlarında artıma səbəb olur.

ABŞ Prezidenti İranla aparılan danışıqlara da toxunaraq bildirib ki, Tehran razılaşma memorandumunun imzalanmasından sonra müəyyən edilmiş 60 günlük müddət ərzində əsas məsələlər üzrə prosesi yekunlaşdırmağa çalışır.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ