Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın paytaxtı Moskva ətrafında yerləşən neft emalı zavoduna uzaqmənzilli silahlarla hücum edildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, Zelenski sosial media hesabında etdiyi paylaşımda hücumun Ukrayna sərhədindən təxminən 500 kilometr məsafədə yerləşən obyektə yönəldiyini bildirib. O qeyd edib ki, bu dəfə Ukraynanın uzaqmənzilli silahlarının təsiri Moskva bölgəsində hiss olunub.
Ukrayna Prezidenti bu cür əməliyyatları Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi hava hücumlarına cavab kimi qiymətləndirib və müharibənin dayandırılmasının vacibliyini vurğulayıb.
Zelenski həmçinin hücumla bağlı olduğunu iddia etdiyi görüntüləri də paylaşdığını bildirib.
Aytən Yaşar/ Turkustan.az