Zelenski Rusiyaya getmədi


Putinlə danışıqlar qış başlamazdan əvvəl keçirilməlidir, əks halda Rusiyanı "ağır qış" gözləyir.

Turkustan.az bildirir ki, Ukrayna mediasının xəbərinə görə, bu barədə Prezident Volodimir Zelenski bildirib.

O, bu yaxınlarda rusiyalı oliqarx Roman Abramoviçlə görüşdüyünü təsdiqləyib.

Zelenski Kremlin bu gün təkzib etməsinə baxmayaraq, Putinə G7 sammitində danışıqlara qoşulmağı təklif etdiyini bir daha vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, Rusiya döyüş meydanında ayrı-ayrı istiqamətlərdə təşəbbüsü itirib və bir ay ərzində müdafiə qüvvələri istiqamətlərdən birində 100 kvadrat kilometr ərazini ələ keçirib.

“Biz belə oyunlar oynamırıq, üçüncü bir ölkəyə ehtiyacımız var: bu, Rusiya və Ukrayna deyil”, - Zelenski Rusiyanın Moskvada görüş keçirmək təklifini şərh edərkən deyib.

Ukrayna Prezidentinin fikrincə, belə bir platforma İsveçrə, Türkiyə, Yaxın Şərq ölkələri və hətta ABŞ ola bilər.

“Rusiya cəmiyyətinin 60%-i müharibəni dayandırmaq istəyir”, - o əlavə edib. /bakivaxti.az/


MANŞET XƏBƏRLƏRİ